"Neftçi"də təyinat: Yeni Şura sədri və icraçı-direktor açıqlandı
Bizi izləyin

İdman

"Neftçi"də təyinat: Yeni Şura sədri və icraçı-direktor açıqlandı

“Neftçi”nin baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

Publika.az xəbər verir ki, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.

O, “Beşiktaş”ın idarəetmə sistemində çalışıb. Klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Həmçinin İstanbul təmsilçisinin vitse-prezidenti vəzifəsini tutub. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. Onun qarşısına idarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması məqsədləri qoyulub.

Bununla yanaşı, “Neftçi”nin yeni Müşahidə Şurası təsdiqlənib. Şuranın sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm