Rəsmi xronika
İlham Əliyev Qazaxıstana getdi
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.
Publika.az xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşıladılar.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı
-
ABŞ11:00
Onlar Rusiya və Çindən də təhlükəlidir - Trampdan şok ittiham
-
MDB10:24
Kerç körpüsünü partladanlar beynəlxalq axtarışa verildi
-
Region09:48
Ermənistan ordusunda xaos: Hazırda neçə əsgər intihar haqda düşünür?
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ