Rəsmi xronika
Prezident fərman imzaladı
“Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Belə ki, Mərkəzin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilir. Müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir.
Dəyişikliyə əsasən, fərmana aşağıdakı bəndlər əlavə edilib:
sosial tədqiqatlar sahəsində elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək,
Sosial tədqiqatlar sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək.
Digər dəyişikliyə görə, Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
-
Sosial17:25
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
Region17:07
ABŞ Ermənistana bu qədər sərmayə qoyub - Departament açıqladı
-
Sosial16:35
İlham Əliyev iki fərman imzaladı
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə