Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
Bizi izləyin

Hadisə

Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Baxşəliyev Adil Baxşaliyeviç odlu silahdan atəş açmaqla özünü öldürüb.

Publika.az xəbər verir ki, bu barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

***

Azərbaycan Ordusunun əsgəri Adil Baxşəliyeviç Baxşəliyev 2024-cü il dekabrın 29-da Kəlbəcərdəki postda xidmət edərkən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, yaxınlarının Axar.az-a verdiyi məlumata görə, əsgər güllə yarasından ölüb.

Onlar həmçinin qeyd ediblər ki, hadisə ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır.

Ailənin iddiası ilə bağlı Hərbi Prokurorluğa sorğu verilib.

***

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

Publika.az Oxu.az-a istinadla xəbər verir ki, əsgər Adil Baxşəliyeviç Baxşəliyev 2024-cü il dekabrın 29-da vəfat edib.

O, Kəlbəcərdə hərbi xidmət keçirdi.

Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm