Rəsmi xronika
İlham Əliyev Mark Börnsü qəbul etdi - Yeniləndi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
Publika.az xəbər verir ki, Mark Börns sonuncu dəfə ölkəmizdə 20 il əvvəl olduğunu deyərək, bu səfəri zamanı Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.
O, ölkəmizin iqtisadi inkişafını yaxından izlədiyini dedi və Azərbaycanda istismar olunan “Gulfstream” təyyarələrinin, həmçinin Bakıya gəldikdə hava limanında gördüyü təyyarələrin sayını iqtisadi inkişafımızın yaxşı nümunəsi kimi qiymətləndirdi. Mark Börns Azərbaycan ilə gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsini qeyd edən qonaq bu yarışların Bakı trasının dünyanın ən maraqlı traslarından biri olduğunu dedi.
Söhbət zamanı Azərbaycanın iqtisadi potensialının və coğrafi mövqeyinin mülki aviasiyamızının gələcəkdə daha da inkişafı üçün əhəmiyyətli rol oynadığı vurğulandı.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
xxx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Region05:15
Türkiyədə güclü zəlzələ oldu
-
Magazin101:11
Emin Ağalarovu belə görməmisiniz - FOTO
-
Nida Xəbər 00:30
Erməni ordusunun şərti sərhəddəki postu - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ailədə fikir ayrılığı yarana bilər
-
Sosial17 Sentyabr 23:36
Son bir ildə ət niyə kəskin bahalaşıb? - VİDEO
-
Elm və təhsil17 Sentyabr 23:24
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi
-
Magazin117 Sentyabr 20:40
Aygün Kazımova büstqalter və mini şortda poza verdi - VİDEO
-
Sosial17 Sentyabr 20:15
Azərbaycanda su BAHALAŞACAQ? - RƏSMİ CAVAB