Rəsmi xronika
İlham Əliyev Conni Mur ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb.
Publika.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulandı.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı bildirdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirdi.
Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olundu.

-
Sosial09:50
DİN-dən yeni dələduzluq növü ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 09:40
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - SƏBƏB
-
Ekologiya09:25
Bu rayona 79 sm qar yağdı - Faktiki hava
-
Nəqliyyat09:20
Azərbaycanda dəmir yolu marşrutları üzrə sürət həddi endirildi
-
Magazin108:55
Elnur oğluna dəbdəbəli ad günü etdi: məşhurlar axışdı - VİDEO
-
Dünya08:40
Antalyada 28 yaşlı qadın selfi çəkərkən uçurumdan yıxıldı - Video
-
Dünya08:25
Alyaskada itən təyyarə tapıldı: bütün sərnişinlər ölüb
-
Magazin206:46
Ən yaraşıqlı "mafiya başçısı" - Foto