Rəsmi xronika
İlham Əliyev Xorvatiyanın Baş naziri ilə görüşdü - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Publika.az xəbər verir ki, Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulandı.
Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etdilər.
Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulandı, həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olundu.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Vurğulandı ki, Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri məsələsinə dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın rolu qeyd olundu.
Xorvatiya Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
-
Ekopublika.az21:13Dolların məzənnəsi ilə bağlı vəziyyət dəyişdi - Yeni qərar nələrə səbəb olacaq?
-
Region21:00Rusiya Türkiyə gəmisinə hücum etdi
-
İdman20:24La Liqanın ən bahalı futbolçuları açıqlandı - Yamal, yoxsa Mbappe?
-
Region20:00Nərgiz Məhəmmədi həbs olundu
-
Magazin219:506-cı dəfə boşanır - Səbəbi isə...
-
İdman18:50Türkiyəli məşhur şərhçi Nəriman barədə danışdı: "Bu uşaq niyə belədir?" - VİDEO
-
Ekopublika.az18:40500 manatlıq əsginasla bağlı yayılan xəbərlərə RƏSMİ CAVAB
-
Ekologiya18:10Həftəsonu ilə bağlı XƏBƏRDARLIQ





































