Rəsmi xronika
Prezidentdən daha bir sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
-
İdman22:00
Azərbaycan Premyer Liqasında komanda sayı artırıldı - RƏSMi
-
Nida Xəbər 21:25
Orxan Əsgərovun ailəsi edam tələbini rəsmiləşdirdi
-
Nida Xəbər 20:30
Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA
-
Hadisə20:20
Honq Konqdan Londona uçan təyyarə Bakıda məcburi eniş etdi
-
İdman19:50
AFFA-nın yeni baş katibi o oldu – FOTO
-
Ekopublika.az19:00
Trampın rüsumları bazarı çalxaladı: "Bitcoin" bu qiymətə düşdü
-
Rəsmi xronika15:19
Prezidentdən Polad Bülbüloğlu ilə bağlı sərəncam
-
Sosial14:20
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... - ŞOK TƏFƏRRÜAT