Rəsmi xronika
Prezident Çin səfirini qəbul etdi - FOTO/YENİLƏNDİ
Prezident İlham Əliyev aprelin 17-də ÇinİN Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.
Publika.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən dövlətimizin başçısı ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü və onunla birlikdə ölkələrimizin strateji tərəfdaşlığına dair birgə bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə etdiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığına toxunaraq, qarşılıqlı dəstəyi qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğuladı.
“Bir kəmər, bir yol” layihəsinin geniş coğrafiyada ölkələri bir araya gətirərək, əməkdaşlığı təşviq edən layihə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Çinin bu təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd etdi.
Azərbaycanda bütün zəruri infrastruktur layihələrinin yaradıldığını və bir neçəsinin də icra mərhələsində olduğunu vurğulayan Prezident İlham Əliyev Orta Dəhlizin inkişafı baxımından ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirdi.
Səfir Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.
Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini dedi. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Səfir ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, əlaqələrimizin bundan sonra da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Çin-Azərbaycan münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin roluna toxunan Lu Mey Ümummilli Liderin zəngin irsinin əsasında ölkəmizin bu gün uğurla inkişaf etdiyini vurğuladı.
xxx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI










.jpg)



.jpg)



.jpg)






.jpg)





.png)




