Rəsmi xronika
Belə avtomobillə heç yerə getmərəm - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib.
Publika.az APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərində FM radio ilə bağlı gürcüstanlı jurnalistin sualını cavablandırarkən toxunub.
“Düzünü desəm, elektrik avtomobillərində FM radionun olmadığını bilmirdim. Açığını deyim ki, mən radionu əsasən avtomobildə olarkən dinləyirəm. Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm. Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik”, - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, gürcüstanlı jurnalist deyib Avropanın bir çox ölkəsində yayımçılar və tənzimləyici qurumların yeni elektrik avtomobillərində FM radionun saxlanılması və asan əlçatan olması üçün qanunvericilik və siyasət təşəbbüsləri üzərində işlədiyini deyib. O, ictimai maraqlar və fövqəladə hallarda operativ məlumatlandırmanın təmin edilməsi baxımından Azərbaycan hökumətinin yeni avtomobillərdə FM radionun qorunması və asan istifadəsinin təmin olunması məqsədilə hökumət, tənzimləyici qurumlar, yayımçılar və avtomobil sənayesi arasında əməkdaşlığı dəstəkləməsinin mümkünlüyünə dair sual verib.
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq


































.jpg)


