Rəsmi xronika
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, müstəqilliyinin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlara imza atmış, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan qardaş ölkənizin bu nailiyyətlərinə səmimi-qəlbdən sevinir və dünyada geniş tanınma qazanmış Türkmənistanın daimi bitərəflik siyasətini həmişə dəstəkləyir.
Tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu xüsusda, iyun ayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfərini yüksək qiymətləndirir, səfər çərçivəsində apardığımız danışıqların, imzalanmış sənədlərin və əldə olunmuş razılaşmaların Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından xüsusi önəm daşıdığını bildirirəm.
İnanıram ki, Azərbaycan-Türkmənistan dostluğu və əməkdaşlığı birgə səylərimizlə bundan sonra da dinamik inkişaf etməyə davam edəcək, strateji xarakter daşıyan tərəfdaşlığımız xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO




































