Rəsmi xronika
Azərbaycan AQEM çərçivəsində media əməkdaşlığına xüsusi diqqət ayırır
Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində qeyd olunub.
Prezident müraciətində tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətini ifadə edib:
"Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərinin media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə iştirakı praktiki əməkdaşlıq üçün zəmin yaradıb. Bu xüsusda Media Forumunun keçirilməsi işbirliyinin yeni məzmunla zənginləşdirilməsi baxımından əlamətdar hadisədir".
Dövlət başçısı Forumun dost ölkələrin nüfuzlu media nümayəndələri arasında dürüst, effektiv və çevik kommunikasiya üzrə təcrübə mübadiləsinə böyük töhfə verəcəyinə əminliyini bildirib.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi






.jpg)



























