Rəsmi xronika
Ərazi bütövlüyünə dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir - İlham Əliyev
Azərbaycan Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda qeyd edib.
"Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir. Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir", - dövlət başçısı bildirib.
İlham Əliyev vurğulayıb ki, son dövrdə ikitərəfli əlaqələrin salnaməsi mühüm hadisələrlə zəngin olub, iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlıq dinamik inkişaf edərək yeni mahiyyət kəsb edibh:
"Artıq bir ildir ki, ölkələrimiz arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi öz növbəsində insanlararası təmasların və turizmin inkişafına təkan vermişidir. Eyni zamanda təşəbbüskarı olduğunuz və Azərbaycanın da daim dəstək verdiyi "Kəmər və yol" layihəsi, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birlikdə həyata keçirilən digər bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri olaraq çıxış edir".
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi






.jpg)









.jpg)















