Rəsmi xronika
İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”.
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb.
“Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur”, - deyə dövlət başçısı əlavə edib.
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...
-
Rəsmi xronika10:16İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə getdi - FOTO
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: Altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək


















.png)


















