İlham Əliyev Paşinyanla görüşəcək
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Paşinyanla görüşəcək

İlham Əliyev Paşinyanla görüşəcək

“Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslar nəzərdə tutulur”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Həmçinin Paşinyanın sözlərinə görə, İlham Əliyevlə rəsmi və əvvəlcədən planlaşdırılmış ikitərəfli görüş nəzərdə tutulmayıb.

O qeyd edib ki, MDB ölkələri liderlərinin sammiti çərçivəsində müxtəlif formatlarda təmasların və müzakirələrin keçirilməsi mümkündür.

Ermənistan Baş nazirinin sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də təmasları olacaq.

“Həmin format elədir ki, həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə mütləq təmaslar olacaq. Yəni bu gün və sabah biz eyni məkanda birlikdə olacağıq və bu formatlarda mütləq təmaslar olacaq. Amma rəsmi görüş planlaşdırılmır. Birdən ehtiyac olduğu məlum olsa, bəlkə bu da mümkündür. Amma təmaslar olacaq”, - Paşinyan əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm