Rəsmi xronika
İlham Əliyev Vicita Heratı qəbul etdi - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.
Publika.az xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirən qonaq bu mötəbər tədbirin Bakıda keçirilməsi, həmçinin Azərbaycanın uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə əlaqədar qərarı dəstəklədikləri üçün üzv ölkələrə, həmçinin Şri-Lankaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu, ölkəmizin təşkilata uğurlu sədrliyinin, həmçinin Azərbaycana olan hörmət və etimadın göstəricisidir.
Azərbaycan Prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin ölkəmizə səfərinin, eyni zamanda, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.
Vicita Herat son təbii fəlakətlər zamanı ölkəmizin Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə etdi.
Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulandı.
Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, turizm sahələrində də münasibətlərimizin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıldı. Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları qeyd edilərək, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...



































