Rəsmi xronika
İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş oldu - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub.
Publika.az xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi.
Prezident İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də bu quruma sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirdi və bundan məmnunluğunu ifadə etdi. İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərə, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...



































