Rəsmi xronika
Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır - Prezident
2028-ci ildə Avropa Siyasi Birliyinin iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Avropanın siyasi icmasında 50-dən artıq ölkə var. Mədəniyyətlərarası forum da iki ildən bir keçirilir. Yəni bir ölkədə, bir şəhərdə iki qlobal tədbir keçiriləcək. Bu bizə olan hörmətin təzahürüdür. Azərbaycanın sabit siyasəti, çoxtərəfli mədəniyyəti sədləri yox, körpüləri salan bir ölkə kimi tanınması inkişafa söykənir.
Bu ay biz AQEM-in görüşünü keçirdik. Bu, Asiyada əməkdaşlıq və qarşılıqlı etimad tədbirləri təşkilatıdır, həmin təşkilatda 30 ölkə var. Sədrliyimiz daha iki il müddətinə uzadıldı. Ötən il Azərbaycan tamhüquqlu üzv kimi Mərkəzi Asiya dövlətlərinin Məşvərət Şurasına dəvət edildi. Burada Mərkəzi Asiya və Azərbaycan bir araya gəlir. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Asiyada yox, Qafqazda yerləşir. Biz oynadığımız rola və müxtəlif aspektlərə hörmət əlaməti olaraq ora dəvət almışıq. Bütün bu addımlar, sözün əsl mənasında, bizim beynəlxalq səhnədəki rol və potensialımızı göstərir.
Bizim müharibələrə son qoymaq təcrübəmiz də hərtərəfli şəkildə tədqiq edilməlidir".
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video















.jpg)










.jpg)










