Rəsmi xronika
Prezident bu qanunu təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 13-də qəbul etdiyi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, aqrar sektorda ƏMTQ öhdəliyi üçün konkret kəmiyyət meyarları müəyyən edilir: Mövcud qanunvericilikdəki qeyri-müəyyən və subyektiv xarakter daşıyan "ixtisaslaşmış" və "irimiqyaslı" terminləri ləğv edilir. Bunun əvəzinə, beynəlxalq təcrübəyə (FAO, Dünya Bankı və Avropa İttifaqı direktivlərinə) əsaslanan aşağıdakı konkret kəmiyyət hədləri tətbiq olunur:
Heyvandarlıq müəssisələri üçün: 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu və digər dırnaqlıların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);
Quşçuluq müəssisələri üçün: 40 000 baş toyuq ekvivalenti (inkubasiya mərhələsi istisna olmaqla; 1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla);
Balıqçılıq (akvakultura) təsərrüfatları üçün: İllik məhsul həcmi 500 ton.
Sənəddə göstərilib ki, aqroparklar yalnız yuxarıda qeyd olunan fəaliyyət növləri üzrə müəyyən edilmiş kəmiyyət hədlərinə bərabər və ya ondan çox göstəricilərə malik olduqda ƏMTQ prosesinə cəlb ediləcək.
Həmçinin kiçik və orta fermerlərin inzibati və maliyyə yükü azaldılır: Yeni kəmiyyət meyarlarının tətbiqi sayəsində kiçik və orta təsərrüfatlar bahalı və uzun vaxt tələb edən ƏMTQ sənədi hazırlamaq öhdəliyindən azad olunur. Bununla da dövlətin nəzarət resursları daha çox real ekoloji risk yaradan iri sənaye komplekslərinə yönəldiləcək, sahənin investisiya cəlbediciliyi artacaq.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?





















.jpg)















