İlham Əliyev fərman imzaladı
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Azərbaycanda daşınmaz əmlak sahəsində yeni elektron sistem yaradılır.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi (DERKİS) yaradılır. Yeni Əsasnaməyə görə, sistemin sahibi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru isə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsdir.

Sistemin formalaşdırılmasında əsas məqsəd daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması, sahə üzrə dövlət idarəetməsində şəffaflığın və operativliyin artırılması, eləcə də biznes mühitinin yaxşılaşdırılmasıdır. İnformasiya sistemi vətəndaşyönümlü və biznesyönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurulur.

Struktur baxımından DERKİS 6 fərqli altsistemdən ibarət olacaq. Vətəndaşlar bu sistemdəki xidmətlərdən yararlanmaq üçün Elektron Hökumət İnformasiya Sistemindəki “Vahid Giriş” altsistemi vasitəsilə öz şəxsi elektron kabinetlərinə daxil ola biləcəklər. Orada müraciətlər təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiqlənərək formalaşdırılacaq.

Sistemin və orada toplanılan məlumatların təhlükəsizliyini, dayanıqlılığını və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə DERKİS, o cümlədən onun bütün ehtiyat nüsxələri “Hökumət buludu”nda (G-cloud) saxlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm