Ata olmaq kökəldir
Bizi izləyin

Sağlamlıq

Ata olmaq kökəldir

ABŞ-da aparılan bir araşdırmaya görə, ilk uşaq dünyaya gələndən sonra kişilər orta hesabla 2 kilo kökəlir. Araşdırma “Amerika kişi sağlamlığı” jurnalında dərc olunub.

Publika.az xəbər verir ki, bu qənaətə ABŞ-dakı “Northvestern” Universitetindən doktor Kreyq Qarfield başçılıq etdiyi qrupla birgə apardığı araşdırma nəticəsində gəlib. Araşdırmada təxminən 10 min kişi iştirak edib.

Araşdırma rəhbəri Qarfield bunu kişilərin ata olduqdan sonra həyat tərzinin dəyişməsi ilə izah edib. Qarfield uşaqdan sonra kişilərin çiynindəki məsuliyyətin artdığını, ailənin bütün problemlərini özü həll etdiyi üçün idmana getmədiyi ilə əlaqələndirib. Bundan başqa, uşaq olan evə dondurma, qurabiyə kimi qidaların daha çox girdiyini, adətən, kişilərin uşaqların yeməyindən də yediyini vurğulayıb.

Alimlər ataların kökəlməsini və bədən çəkisinin artmasının ürək, şəkər və xərçəng kimi xəstəliklərə səbəb olduğunu da bildirib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm