Sağlamlıq
Bel və boyun ağrılarından xilas olmaq istəyirsinizsə…
Bir çox insan bel və boyun ağrılarından əziyyət çəkir. Xüsusilə də ofis işçiləri bu problemlə üzləşir. Türkiyəli professor, doktor İlhan Elmacı bel və boyun ağrılarından qorunmağın mümkün olduğunu açıqlayıb. Onun sözlərinə görə, sadəcə, bir neçə məsləhətə əməl etmək lazımdır.
Publika.az həkimin məsləhətlərini təqdim edir:
Kompüter başında əvvəlki illərlə müqayisədə daha çox vaxt keçirənlər hərəkətsiz həyat tərzinə məhkum olurlar. Saatlarla eyni pozada qalmaq onurğaya düşən yükü artırır. Doktor İlhan Elmacı ofisdə ikən aşağıdakı qaydalara əməl etməyi məsləhət bilir.
*Oturarkən arxaya çevrilməli olduqda, sadəcə başınızı deyil, bütün bədəninizi döndərin. Əks halda boyunda və beldə ağrılar baş verə bilər.
*Kompüter gözlə eyni səviyyədə dayanmalıdır. Başı aşağı əyib ekrana baxmaq boyun əzələlərini yorur.
*Uzun müddət eyni pozada qalmayın. Fasiləsiz olaraq 45 dəqiqədən çox oturmaq və ya ayaq üstə durmaq onurğaya mənfi təsir edir. Odur ki, 5-10 dəqiqəlik fasilələr vermək lazımdır. 45 dəqiqə ayaq üstə qalmısınızsa, 10 dəqiqə oturun, və ya əksinə.
*Oturarkən beli dəstəkləyən yastıqdan istifadə etmək lazımdır. Buna vərdiş edin.
*Nə isə götürmək üçün yerə əyilməyin. Çömələrək götürün. Ani şəkildə yerə əyilmək onurğanı zədələyə bilər.
* Bel və boyun bölgəsi tərli qalmamalı, bu bölgələri küləkdən və kondisionerin üfürdüyü hava axınından qorumaq lazımdır.
Yatarkən diqqətli olun!
Həkim yanlış yuxu pozasının da bel və boyun problemlərinə səbəb olduğunu bildirir.
“Daha sağlam olmaq istəyirsinizsə, mütləq yaylı ortopedik çarpayıda yatın. Yatmağa hazırlaşarkən əvvəlcə yatağın kənarına oturmaq, daha sonra qollardan dəstək alaraq öncə yana, daha sonra da arxası üstə dönmək lazımdır. Yan pozada, önə doğru bükülərək ayaqları qarına doğru çəkib yatmaq sağlamlıq üçün ən uyğun pozadır. Boyun sağlamlığı üçün ortopedik yastıqlardan istifadə edin. Yataqdan qalxarkən isə ani hərəkət etməyin, qollardan dəstək alaraq qalxın”.
Asan məşq hərəkətləri
Doktor İlhan Elmacı asan və vaxt almayan bəzi məşq hərəkətlərinin bel və boyun əzələlərinə yaxşı təsir etdiyini, bu bölgələrdəki ağrıların qarşısını aldığını bildirir.
Bunlar aşağıdakılardır:
*5 saniyəlik fasilələrlə baş önə əyilməli, çənə sinəyə dəyməlidir. Bu vəziyyətdə önə doğru baxmaq lazımdır.
*Sağ əli sağ qulağın üstünə qoyub başı yavaşca itələyin. Eyni zamanda da başınızla əli itələməyə çalışın. Bu zaman baş və boyun dümdüz durmalıdır. Proses 10 saniyə davam etməlidir. Daha sonra eyni şeyi sol tərəfə də tətbiq edin.
*Arxası üstə uzanın. Onurğa düz olmalı, ayaq barmaqları tavanı göstərməlidir. Boynunuzu büküb ayağınızın ucuna baxın. Bu zaman bel yerdən qalxmamalıdır. 10 saniyə gözləyin.
5 saniyəlik fasilələrlə bu hərəkəti 10 dəfə təkrarlayın.
*Arxası üstə yerə uzanın. Bel və ombanı yerdən qaldıraraq 5 saniyə havada saxlayın. Hərəkəti 10 dəfə təkrarlayın.
Ləman Sultan
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı