Sağlamlıq
Həkimlərdən xəbərdarlıq: reseptsiz satılan antioksidantlar...

İnsan orqanizmində yaşlanmanı ləngitdiyi və ümumiyyətlə, sağlamlığa faydalı olduğu düşünülən antioksidantlar, sən demə, dəri xərçənginin ən ölümcül formalarından olan melanoma xərçənginin yayılmasını sürətləndirirmiş.
Alimlərin apardğı araşdırma nəticəsində bəlli olub ki, apteklərdə həkim resepti olmadan satılan antioksidant tərkibli vitaminlər və içərisində antioksidant olan digər dərman preparatları bədxassəli şişlərin sayında kəskin artıma səbəb olur. Həm də şişlərin aqressivliyini artırır.
Amerikalı alimlərin “Nature” dərgisində nəşr etdirdikləri araşdırmada deyilir ki, orqanizminə N-acetylcysteine (NAC) antioksidantı yeridilmiş siçanlarda melanoma hüceyrələri yayılması antioksidant vurulmamış siçanlardan iki ay tez baş verib.
Antioksidantlar insan orqanizmində təbii olaraq da yaranır. Özü də sərbəst radikallar adlandırılan kimyəvi elementlərin DNK-nı zədələməsinin qarşısını almağa imkan verir. Yaşıl yarpaqlarda, meyvə və tərəvəzdə bol miqdarda antioksidant olur.
Alimlərin sözlərinə görə, antioksidantlar xərçəng hüceyrələrinin
metastaz prosesinə, yəni vücudda yayılmasına kömək edir. Daha dəqiq
desək, onlar antioksidantlar metastaz zamanı xərçəng hüceyrələrinin
orqanizmi yad cisimlərdən qoruyan hüceyrələrlə mübarizədən qalib
çıxmasına yardım edir.
Araşdırmanın nəticələri hələlik insanlar üzərində sınaqdan
keçirilməyib. Ancaq araşdırma müəllifləri indidən məsləhət görürlər
ki, xərçəng xəstələri öz qidalarında antioksidantlardan mümkün
qədər uzaq dursunlar.
Araşdırma müəlliflərindən Sean Morrison bildirir ki, antioksidantların insan sağlamlığı üçün faydalı olduğu fikri o qədər beynimizə işləyib ki, hətta kliniki sınaqlar zamanı belə xərçəng xəstələrinə antioksidant verilir: “Bu sınaqların bir çoxu dərhal dayandırılmalıdır, çünki antioksidant qəbul edən pasiyentlərin daha tez öldüyü aşkardır”.
Bundan əvvəl isveçli alimlərin siçanlar üzərində apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, antioksidantlar, o cümlədən E vitamini bədxassəli şişlərin sayının üç dəfə artmasına və onların digərlərindən iki dəfə tez ölməsinə gətirib çıxarır.
Bundan başqa, daha dörd araşdırma döş və prostat xərçəngində də antioksidantların eyni effekti göstərdiyini ortaya çıxarıb.

-
MDB01:59
Ruslar Xarkovu atəşə tutdu: ölənlər və yaralananlar var
-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu
-
Nida Xəbər 17 Avqust 18:40
153 avtobus gecikir - BNA - SİYAHI