Hamilələr üçün hindqozu suyunun faydası
Bizi izləyin

Sağlamlıq

Hamilələr üçün hindqozu suyunun faydası

Hindqozu cənubi Asiyada, dünyanın tropik bölgələrində yetişən və istehlak edilən qida olsa da, hazırda dünyanın hər yerində istifadə olunur. Hindqozunun meyvəsi qədər onun suyunun da dəri və sağlamlıq üçün faydası olduqca çoxdur.

Publika.az hindqozu suyunun faydalarını təqdim edir:

Böyrəklərə faydalıdır

Sidikqovucu təsirə malik olan hindqozu suyu sidik yolunu təmizləyərək böyrəkdə daşlarının əmələ gəlməsinin qarşısını alır, həmçinin böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Elektrolitlərdən ibarətdir

Kalsium, fosfor və kalium baxımından zəngin olan hindqozu orqanizmi elektrolitlərlə təmin edir, əzələlərin funksiyasını dəstəkləyir.

Yorğunluqla mübarizə aparır

Hindqozu suyu elektrolit baxımından zəngin olan yüngül içki olduğu üçün xüsusi ilə hamilələrə tövsiyə edilir. Hamiləlik müddətində istehlak edilən hindqozu suyu orqanizmin mayeyə olan tələbatını ödədiyi üçün orqanizmi taqətdən düşməyə qoymur. Bədən suyunu mühafizə edərək bədənin elastiklik qazanmasına yardım edir.

Mədə qıcqırması və qəbizliyi aradan qaldırır

Hindqozu suyu içmək həzm sistemini də yaxşılaşdırır, qəbizliyin qarşısını alır.

İnfeksiyaları məhv edir

Vitamin, antioksidant və minerallar baxımından zəngin olan hindqozu suyu immunitet sistemini dəstəkləyir, ananı və körpəni xəstəliklərə qarşı qoruyur.

Ürəyə faydalıdır

Kalium və maqnezium ehtiva edən hindqozu suyu təzyiqin səviyyəsinə nəzarət edir. Kalium və qandakı natriumu sabit saxlamağa və bədən funksiyalarının fəaliyyətinə yaxşı təsir göstərir.

Mineral baxımından zəngindir

Hindqozu suyu 4 mineralla zəngindir: Kalium, kalsium, fosfor və natrium. Bu faydalı vitaminlərin hər biri hamilə qadınların sağlamlığında mühüm yer tutur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm