Sağlam həyat üçün jenşendən necə faydalanmalı?
Bizi izləyin

Sağlamlıq

Sağlam həyat üçün jenşendən necə faydalanmalı?

Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitkilərdən biridir.

Publika.az jenşenin faydalarını araşdırıb.

Yararlı xüsusiyyətlərinə görə, bu bitkinin əsasən kökündən istifadə olunur. Jenşen kökünün yaddaşı gücləndirməsi, beynin funksiyalarını yaxşılaşdırması artıq elmi şəkildə sübut olunub.

Jenşen halsızlıq və yorğunluğa qarşı ən təsirli vasitələrdən biri hesab olunur. İmmuniteti gücləndirmək üçün jenşen kökündən faydalanmaq olar.

Jenşen cinsi problemləri aradan qaldırır, orqanizmin daha sağlam olmasını təmin edir. Beyin hüceyrələrini qoruyan bu bitki, həmçinin, diqqəti artırır.

Depressiyaya meyilliyi aradan qaldırır.

Bitkinin bu xüsusiyyətlərindən yararlanmaq üçün kapsul formasında satılan jenşendən istifadə etmək olar.

Jenşen kökündən hazırlanan çay da effektlidir. Bu çayı hazırlamaq üçün 1-2 qram jenşen kökünü qaynanmış suya əlavə edərək on beş dəqiqə gözləyin. Həkimlər jenşeni az miqdarda, ancaq davamlı olaraq qəbul etməyi məsləhət görür.

Jenşen çayının faydasını görmək üçün gündə ondan 1 stəkan olmaqla 2-3 həftə istifadə etmək lazımdır.

Şəkər xəstələrinə jenşendən istifadə etmək məsləhət deyil.

Onu da qeyd edək ki, satışda original jenşen kökü tapmaq çətindir. Saxta məhsul almamaq üçün etibar etdiyiniz mənbələrə müraciət edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm