Yaş salfetlərdəki təhlükə
Bizi izləyin

Sağlamlıq

Yaş salfetlərdəki təhlükə

Yaş salfetlər son illər gündəlik həyatda ən çox istifadə edilən məhsullardan birinə çevrilib. Gigiyena qaydalarına əməl etməyi asanlaşdıran yaş salfetlərin göründüyü qədər faydalı olmadığı üzə çıxıb.

Publika.az xəbər verir ki, yaş salfetlərin tərkibindəki spirt və ətrin bir sıra dəri xəstəliklərinə, o cümlədən də allergiyaya səbəb ola biləcəyi açıqlanıb.

Yaş salfetlər dəridə qızartıya, quruyub tökülməsinə gətirib çıxara bilər.

Həkimlər, xüsusilə də, uşaqlarda yaş salfetlər əvəzinə islanmış pambıqdan istifadə etməyi məsləhət görürlər. Ağız və göz ətrafının təmizliyində daha diqqətli olmaq lazımdır. Eqzema xəstələri, ümumiyyətlə, belə məhsullardan imtina etməlidirlər. Əgər yaş salfetdən istifadəni tərgidə bilmirsinizsə, heç olmasa, tərkibində ətir və spirt olmayan, keyfiyyətli salfet alın. Restoranlarda verilən, üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən istifadə etməyin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm