Qadın sağlamlığı üçün 6 təmizləyici yoqa duruşu
Bizi izləyin

Sağlamlıq

Qadın sağlamlığı üçün 6 təmizləyici yoqa duruşu

Çoxsaylı yoqa duruşlarının hər birinin öz mənası və funksiyası var. Bu sistemin unikallığı ondan ibarətdir ki, o, yalnız əzələ üçün deyil. Bu sistemə əməl etməklə daxili orqanların fəaliyyətini yaxşılaşdırmaq, orqanizmi təmizləyib onun tonusunu qaldırmaq, ruhi sakitlik əldə etmək mümkündür. Təmizləyici yoqa “şatkarmami” (tərcümədə altı hərəkət) adlanır.

Həmin qaydaları yerinə yetirmək çox sadədir. Mütəmadi olaraq tətbiq edildikdə bədəni sağlam saxlamağa imkan verir.

1. Kapalabxati - tənəffüs yollarının təmizlənməsi

Tənəffüs yollarının təmizlənməsinə və arıqlamağa kömək edir, qarın əzələlərini möhkəmləndirir, bədənə enerji verir, düşüncələrin oyanmasına şərait yaradır. Bu hərəkəti hər səhərr 12-20 dəfə təkrarlamaq lazımdır.

Texnika

Burundan intensiv nəfəs alırıq, qarnı yığırıq, bu zaman nəfəsvermə öz-özünə baş verir. Çanaq əzələlərini də tonusda saxlayın. Başın hərlənməsinə diqqət edin, əgər bu baş verərsə, sayını azaldın. Şəhər sakinləri bu məşqi mütəmadi olaraq etməlidir, çünki nəfəs aldığımız hava çirklidir.

Əks göstəriş

Ürək-damar xəstəlikləri olanlar, yüksək təzyiqdən əziyyət çəkənlər, eləcə də, pis əhval ruhiyyədə olanda bu hərəkətləri yerinə yetirmək olmaz.

2. Netti - burun təmizləyici

Netti, əsasən, qulaq-burun-boğaz problemlərinin aradan qaldırılmasında istifadə edilir. Xüsusi olaraq bu məqsədlə istifadə edilən uzun burunlu xüsusi çaydana ilıq və duzlu su tökülməlidir.

Burnun yuyulmasında xüsusi qabdan istifadə etmək rahat olduğu üçün daha məqsədəuyğundur.

Texnika

Başı bir tərəfə əyib burnun bir deşiyindən suyu elə tökün ki, digər deşiyindən çıxsın. Sonra eyni hərəkəti o biri burunla təkrarlayın.

Əks göstəriş

Tənəffüs sisteminin iltihabi zamanı, yaxud ilin soyuq aylarında bu hərəkəti etmək olmaz. Çünki suyun bir hissəsi burun yollarında qalaraq, soyuqlama və başqa xəstəliklərə yol aça bilər.

3. Traktaka - gözlərin təmizlənməsi

Bu tapşırıq təmizləyici, eyni zamanda da göz məşqidir.

Texnika

Qaranlıq otaqda qarşınıza şam qoyun. Bütün fikirləri başınızdan çıxarın. Düz oturub gözlərinizi qırpmadan alova baxın. Bu ritualı göz yaşarana qədər yerinə yetirin. Sonra gözünüzü yumub sakitcə oturun.

Bu çalışma gözyaşardıcı kanalları təmizləyir, sakitləşdirir və fikri cəmləşdirməyə kömək edir.

4. Dxuati - mədə təmziləyici

Bu ritualı güclü emosional vəziyyətlərdə, stress keçirəndə yerinə yetirin. Həddindən artıq qida qəbulundan sonra da mədə təmizlənməsi effektli təsir göstərir. Lakin bunu intensivləşdirmək olmaz. Çünki bu, qida davranış pozğunluğuna çevrilə bilər. Profilaktika səhər acqarına edilir.

Texnika

1.5 və ya 2 litr isti su için, dili basıb qusma refleksi doğurun. Bu zaman içdiyiniz su tam çıxmalıdır.

Əks göstəriş

Mədə-bağırsaq traktının xəstəlikləri zamanı istifadə etmək olmaz, eləcə də, arıq insanlara qadağandır.

5. Nauli - daxili orqanların masajı

Bir çoxlarının fikrincə, bu, yoqada ən yaxşı ritualdır. Bu fiziki məşq daxili orqanların masaj üsulu ilə təmizlənməsinə imkan verir. Lakin onu bandxi (daxili kilid) haqqında öyrənmədən yerinə yetirməyin mənası yoxdur.

Texnika

Çömbəlib oturun. Nəfəs verin, nəfəsi saxlayın: çanaq əzələlərini tonusda saxlayın, qarnı yığıb qabırğaların çıxmasına imkan verin. Bu vaxt dilin ucu damağın yuxarı hissəsinə dəyməlidir. Daha sonra qarın əzələlərini dalğavari şəkildə irəli - geri çəkin.

Bu çalışmanı öyrəndikdən sonra qarın əzələlərini tədricən sağa və sola tərəf hərəkət etdirin. Sonradan hərəkəti dairə şəklində yerinə yetirə bilərsiniz.

Beləliklə, nauli fiksasiyasını 27, 54 və ya getikdikcə çoxaldaraq 108, 216 dəfə təkrarlayın. Naulini hər gün 108-216 dəfə təkrarlamaq arıqlamağa və orqanizmdə olan durğun proseslərin sürətlənməsinə kömək edəcək. Bu hərəkətləri hər kəs edə bilər. İlk dəfədən alınmırsa, narahat olmağa dəyməz. Bir neçə cəhddən sonra əzələləri lazımi istiqamətə hərəkət etdirə biləcəksiniz.

Əks göstəriş

Menstruasiya və hamiləlik dövründə, ürək-damar xəstəlikləri, əzələ zəifliyi, qarın boşluğunun kəskin xəstəlikləri zamanı bunu etmək olmaz. Hamilələrə hərəkəti doğuşdan 6 ay sonra bərpa etməyə icazə verilir .

Bu təcrübəni mütəmadi olaraq yerinə yetirərək əzələləri möhkəmləndirib qarnı düzləşdirmək olar. Amma texnikanı düzgün mənimsəmək üçün bir yoqa mütəxəssisi ilə təlim keçmək lazımdır.

6. Basti - bağırsaqların təmizlənməsi

Bu prosedur imalələrdən fərqli olaraq, orqanizm üzərində zorakılıq təsiri yaratmır, çünki tamamilə təbii olaraq baş verir. Əgər ifrazedici sistem normal işləyirsə, bu təcrübəyə ehtiyac yoxdur.

Texnika

Su dolu vannada oturun. Su qurşağa qədər olmalıdır. Yuxarıdakı nauli mövqeyini alın. Beləliklə, su bağırsaqlara dolacaq. Suyun kifayət olduğunu hiss edəndə onu buraxın. Bağırsaqlardan qayıdan su təmizlənənə qədər hərəkəti təkrarlayın. Bunun üçün xüsusi vannalardan istifadə etmək olar.

Əks göstəriş

Mədə-bağırsaq traktının xəstəliklərindən əziyyət çəkənlərə bunu etmək olmaz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm