Sağlamlıq
Gənclik kodu neçə yaşda gizlənib?
Türkiyəli plastik cərrah Tunc Tiryaki hesab edir ki, gənc qalmağın yolu artıq erkən estetik müdaxilə etməkdən keçir. Mütəxəssisin sözlərinə görə, 30 yaşından etibarən qocalıqla mübarizə aparan qadınların dərisi öz təravətini və elastikliyini daha gec itirir. Publika.az cərrahın açıqlamasını təqdim edir.
Niyə qocalırıq?
Yaşlanma prosesi ilk növbədə sümükdən başlayır. Əslində, üz quruluşunun dəyişməsi, gözlərin aşağıya sallanması, üzün, yanaqların çökməsi da sümük əriməsi ilə bağlıdır. Bu problemi həll etmək üçün sümüklərin ən çox əridiyi hissələrə dolğu tətbiq edilir.
40 yaş gecdirmi?
Ümumilikdə bütün qadınlar estetik əməliyyat etdirməyə 40 yaşdan sonra qərara verir. Dəri əvvəlki təravətini itirsə də, qadınlar qısa müddətdə möcüzələr gözləyir. Qocalıqla mübarizə üçün estetik əməliyyatları 30 yaşında etdirməyə başlamaq lazımdır.
Dolğu etdirənlər diqqətli olsun!
Bu 5 sualı mütləq soruşun: Nəticə təbii alınacaqmı? Nə qədər ağrı və şişkinlik olacaq? Normal həyatıma nə qədər müddət sonra qayıda bilərəm? Təsirləri nə qədər çəkir? Digər xəstələr bununla bağlı nə deyir?
Dolğu dəriyə düzgün inyeksiya edilmədikdə üzü süni və qəribə göstərəcək. Düzgün tətbiq edildikdə təbii görünüşü təmin edir. İnternetdə gördüyümüz pis nümunələr də yanlış əməliyyatların nəticəsidir.
Estetik əməliyyatların yayda edilməsi nə dərəcədə təhlükəsizdir?
Dolğular yayda da, qışda da tətbiq oluna bilər. Sadəcə yayda insan özünü daha xoşbəxt və şən etdiyi üçün daha çox gülür, danışır və mimikalardan daha çox istifadə edir. Bu da dolayısı ilə dolğunun təsirini bir qədər azalda bilər.
Aytən
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ