Sağlamlıq
Dişləri saraldan gizli təhlükələr
Dişlərinizi hər gün fırçalasanız da, onlar reklamlardakı kimi ağappaq görünmürlər? Bunun səbəbi gün ərzində qəbul edilən içki və qidaların bir çoxunun dişlərə zərər verməsidir.
Dişlərinizin sağlamlığı üçün Publika.az-ın təqdim etdiyi aşağıdakı içki və qidalarla ehtiyatlı olun.
Limonad
İsti günlərdə ən çox sevilən içki olan limonad dişlərin düşmənidir. Limonadın tərkibindəki turşular və şəkər diş minasına zərər verir.
Şərab
Qırmızı şərab da dişləri saraldan içkilər sırasındadır. Onun qədər zərərli olmasa da, ağ şərab da dişə zərər verir. Şərab bəzi qidalarla birgə qəbul edildikdə dişlər üçün əsl təhlükə mənbəyinə çevrilir. Məsələn, yeməkdən öncə 2 qədəh ağ şərab içib daha sonra pomidor sousu ilə makaron yesəniz, dişlərinizdə ləkə meydana gələ bilər.
Yaşıl çay
Orqanizm üçün çox faydalı olan yaşıl çay təəssüf ki, dişlərə ziyan vurur. Ancaq bu baxımdan adi çay da ən az yaşıl çay qədər zərərli hesab edilir. Ona görə də, çay içdikdən sonrakı 30 dəqiqə ərzində dişlər mütləq fırçalanmalıdır.
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”