Sağlamlıq
Ağıl dişləri nə vaxt çəkilməlidir?
Qidalanma vərdişlərinin dəyişməsi nəticəsində çənənin quruluşu getdikcə kiçildiyi üçün 20 yaşlarında çıxan ağıl dişləri ağızda özlərinə yer tapmaqda çətinlik çəkir.
Publika.az xəbər verir ki, ağıl dişlərinin çənə sümüyünə sıxılmış olan vəziyyətlərdə infeksiyalar və üzdə şişmələrə səb olur. Ekspertlərin ağıl dişlərinin problemə səbəb olan vəziyyətləri və müalicə prosesləri haqqında fikirlərini xəbərimizdə öyrənə bilərsiniz.
Ağıl dişlərin çıxması üçün ən uyğun vaxt hansı yaşdır və
nə üçün?
Ən uyğun vaxt 18-30 yaşları arasındadır. Ağıl dişlərinin
qarşısındakı ikinci böyük azı dişləri 11-13 yaşlarında ağızda
görüldükdən sonra, dişlərin çıxması üçün çənə sümüyündə kifayət
qədər məsafəsi olduqda ağıl dişləri də çıxa bilər.
Bəzi insanlarda isə ağıl dişləri niyə gec
çıxır?
Bu vəziyyət çənə və ya dişin inkişafı ilə bağlı ola bilər. Diş
sırasındakı yer darlığı vəziyyətlərində dişin çıxmasına dişəti,
sümük və ya qonşu diş mane ola bilər. Bu vəziyyətlərdə diş
basdırılmış kimi qalaraq, bu maneələrdən birinin ortadan qalxması
ilə çıxa bilir və daha sonrakı yaşlarda formalaşa bilir.
Ağıl dişləri nə vaxt çəkilməlidir heç
bilirsiniz?
Bəzi insanların ağıl dişlərinin yalnız yarısı çıxır. Digər
yarısı da sonrakı illərdə çıxa bilər. Bunun səbəbi bəs nədir?
Ağıl dişi özünə çənə sümüyündə uyğun bir sümük məsafəsi yeri tapan
kimi, sonrakı illərdə çıxa bilir. Bəzən də ağızda formalaşmadıqları
üçün heç çıxmır və ya sadəcə yarımçıq çıxa bilir.
Ağıl dişləri adətən insanlar üçün baş ağrısıdır. Ağıl dişlərdən
çəkdiyimiz əziyyət qədər heç bir dişdən əziyyət çəkmirik. Ağıl
dişlərində problemlər niyə yaranır?
Dişin yarısı çıxmış, yarısı da çənə sümüyündə basdırılmış olanda,
çıxmış tərəfin ətrafını əhatə edən diş əti ilə arasında bir diş əti
cibi yaranır. Bu diş əti cibi yediyimiz yeməklərin və
bakteriyaların yığılması üçün uyğun bir şərait yaradır.
Bakteriyaların bu boşluqda çoxalması infeksiyalar və üzdə şişlər
əmələ gətirir.
Ağıl dişlərinin yaratdığı problemlər nələrdir?
Ağıl dişləri diş fırçalarının çətinliklə çatdığı yerlər olduğu üçün
diş çürüklərin yaranmasına, diş əti infeksiyaları, özündən
qabaqdakı dişlərdə dişlərarası problemlərə səbəb ola bilir.
Ağıl dişləri hansı hallarda mütləq çəkilməlidir? Nə üçün? Əgər
çəkilməsə gələcəkdə hansı sağlamlıq problemləri yarada bilər?
6 ay-1 il vaxt müddətində davamlı yaranan diş əti və çənə
iltihablarında geniş çürümə vəziyyətlərində və üst çənə ağıl
dişlərinin çıxıb, altdakı ağıl dişlərinin çıxmaması ilə bağlı
dişlərin böyüməsi səbəbilə dişin çəkilməsi faydalıdır. Çəkilmədiyi
təqdirdə ağızda dişdən yaranan kista və şişlər yarana bilər.
Heç bir narahatlıq verməsə də, pis çıxmış bir ağıl dişi
niyə çəkilməlidir?
Bu vəziyyətlərdə bəzən diş fırçasının çatmadığı mövqelərdə
yerləşir. Beləliklə diş səthində çürüklərin yaranması qaçılmazdır.
Eyni zamanda, adətən üst çənə ağıl dişləri yanağa doğru maili
çıxaraq, bəzən narahatlıq verə bilir. Xəstənin bu şikayətlərdən
xilas olması üçün çəkilməsi məsləhətdir.
Ağıl dişlərin çəkilməsi normal diş çəkilməsindən fərqi
varmı?
Ağıl dişlərin çənə sümüyündəki mövqeyində, duruş vəziyyətində,
böyüklüyündə, üzərinin sümüklə və ya sümük toxuması ilə örtülü
olması kimi problemləri yoxdursa, ağıl dişlərinin çəkilməsinin
normal diş çəkilməsindən bir fərqi yoxdur.
Ağıl dişlərdə hansı hallarda əməliyyat
lazımdır?
Dişin tam çıxa bilmədiyi və ya çənə içərisində basdırılmış
vəziyyətdə qaldığı hallarda əməliyyat olunur. (deyerler.org)
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO