Sağlamlıq
Arterial təzyiqin orqanlara təsiri
Uzun müddət arterial təzyiqdən əziyyət çəkən xəstələrin müxtəlif orqanlarında müxtəlif cür patologiyalar baş verir.
Patologiyalara hədəf orqanlara aşağıdakılar aiddir:
- ürək
- baş beyin
- böyrəklər
- damarlar
Arterial təzyiq zamanı ürək
Publika.az immunitet.az-a istinadən bildirir ki, yüksək
arterial təzyiq zamanı ürəyin zədələnməsi, sol mədəciyin
hipertrofiyası, stenokardiya, miokard infarktı, hətta qəfil ürək
ölümü baş verə bilir. Arterial təzyiqin ürəyə çox təsiri olduğundan
"ürək təzyiqi" termini son illərdə daha çox istifadə olunur. Belə
ki,yüksək arterial təzyiq ürəkdə sol mədəciyin hipertrofiyasına,
sol mədəciyin disfunksiyasına və hipertrofiyasına, ürək
çatışmazlığına səbəb olduğuna görə xəstələrdə patoloji
dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.
Arterial təzyiq zamanı böyrəklər
Böyrəklər arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayan
orqanlardan biridir. Bu vazofəal maddələrin ifrazı ilə bağlıdır.
Ağırlaşmaları olmayan arterial təzyiq zamanı böyrəklərin funksiyası
normal olur. Kəskin və yüksək arterial təzyiq yumaqcıq
filtirasiyasının işini əhəmiyyətli dərəcədə aşağı salır. Daimi
yüksək təzyiq yumaqvari membranların funksiyasının pozulmasına
səbəb olduğu üçün arterial təzyiqin onunla əlaqədar olduğu
söylənilir. Bundan başqa, yüksək arterial təzyiq böyrək
arteriyasının konstruksiyası yaranır ki, bu da onun funksiyasını
pozmaqla proksimal kanalcıqların ilkin işemiyasına səbəb
olur.İşemiyanın baş verməsi bütün nefronun zədələnməsinə gətirib
çıxarır.
Arterial təzyiqin ağırlaşması olan hipertonik nefroskleroz
böyrəklərin ifrazat funksiyasın zəifləməsilə xarakterizə
olunur.
Arterial təzyiq zamanı damarlar və
baş-beyin
Damar mənfəzinin daralmasının yüksək olması arterial təzyiqin
qalxmasında böyük rol oynayır. Damarlar təzyiqin yüksəlməsində rol
oynamaqlarına baxmayaraq, zədələnməyə məruz qalan orqanlardan biri
sayılır. Belə ki, baş-beyin xırda arteriyalarının zədələnməsi
insulta, böyrək damarlarının zədələnməsi böyrəklərin funksiyasının
pozulmasına səbəb olur.
Göz dibinin tətbiqi təzyiq zamanı damarların zədələnməsinin
informasiya mənbəyidir. Belə ki, yüksək təzyiqdən uzun müddət
əziyyət çəkən adamlarda hipertonik retinopatiya inkişaf edir. Göz
dibinin damarlarında yüksək təzyiq zamanı bir çox patologiyalara
məruz qalır. Belə ki, təzyiqin yüksəkliyindən və müddətində asılı
olaraq göz damarlarında aşağıdakı patologiyalar əmələ gələ
bilir:
- arteriollarin daralması
- angioskleroz
- arteriya-venoz çarpazlanma
- angiospastik retinopatiya
- göz siniri diskinin şişməsi
- damarların əhəmiyyətli dərəcədə daralması
Xəstəliklərin əmələ gəlməsi arterial təzyiqin yüksəklik
dərəcəsindən və onun müddətindən çox asılıdır. Belə ki, təzyiqli
xəstələrin uzun müddət heç bir şikayətləri olmur. Onlar baş
ağrısı,boyun və ənsə nahiyədə xoşagəlməz narahatlıq hissinin
olmasından, bir müddət sonra baş gicəllənmədən, qulaqlarda küydən,
ürək bulanmadan, gözlərinin önündə qığılcımların olmasından
şikayətlənirlər.
Təzyiqli xəstələr mütəmadi olaraq həkim qəbulunda olmalı, həkimin
göstərişlərinə əməl etməli və hər gün təzyiqlərinə nəzarət
eləməlidir.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."