Sağlamlıq
Brilliant Dadaşova və “ADDIM” siqaret əleyhinə yeni layihədə
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "ADDIM" Gənclər təşkilatı “II No Smoking Film Festivalı”nı həyata keçirir.
Artıq ikinci ildir, dünyada ilk dəfə olmaqla ölkəmizdə
gerçəkləşən festivalın siması tütün əleyhinə davamlı mübarizə
aparan xalq artisti Brilliant Dadaşovadır. "Siqaret çəkməkdənsə
FİLM çək" devizi altında gerçəkləşən festivalda məhz siqaret
əleyhinə qisametrajlı filmlər nümayiş olunub, qiymətləndiriləcək.
Bundan başqa festival çərçivəsində Azərbaycanın müxtəlif
regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə
tutulub. Festivalın bu ilki tanıtım kompaniyası çərçivəsində xalq
artisti Brilliant Dadaşova gənclərlə çəkildiyi reklam rolikini
səhifəsində paylaşaraq bunları söyləyib - "Ümidvaram sağlam həyat
tərzi naminə başladığımız propoqanda qısa müddət ərzində öz
bəhrəsini verəcək və biz gələcək nəsillərimizə sağlam, tüstüsüz bir
dünya bəxş edə biləcəyik"
Qeyd edək ki "ADDIM" Gənclər Təşkilatı tərəfindən gerçəkləşdirilən festivala ötən il Azərbaycanda rekord s ayda 48 yerli film təqdim olunub. Bu il isə festivalda iştirak üçün əcnəbi rejissorlar da müraciət ediblər. 31 May "Beynəlxalq tütün əleyhinə mübarizə günündə" isə festivalın gala gecəsinin keçirilməsi nəzərdə tutulub.
Zəminə
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...