Həkimin səhv diaqnozu uşağı bu hala saldı - DƏHŞƏTLİ FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Həkimin səhv diaqnozu uşağı bu hala saldı - DƏHŞƏTLİ FOTOLAR

Çarəsiz ana həkimi məhkəməyə verib. 

İlgiltərədə Varrlinqton əyalətində su çiçəyi olan Luis adlı uşaq həkimlərin səhv diaqnozu səbəbindən tanınmaz hala düşüb. Uşağa yazılan yanlış müalicə və dərmanlar səbəbindən bədənində çoxsayda yaralar peyda olub.

Publika.az newsner.com saytına istinadən xəbər verir ki, orqanizmdən asılı olaraq insanlar bu xəstəliyi ya uşaq yaşlarında, ya da çox sonralar keçirir. Əsasən uşaq yaşda keçirilməsi fəsadsız olur. Yaşlı insanların su çiçəyi xəstəliyinə yoluxması ciddi fəsadlara səbəb ola bilər.

Yüksək qızdırma ilə xəstəxanaya aparılan Luisə həkimlər tərəfindən "Nurofen" dərman preparatı yazılıb. Uşağa dərman verdikdən sonra kiçik ləkələrin iltihablı yaralara çevrildiyini müşahidə edən ana qorxaraq yenidən həkimə müraciət edib.

Analizin nəticələrinə görə, uşağın qanında zəhərlənmə aşkarlanıb.

Çarəsiz ana həkimi məhkəməyə verib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm