Sağlamlıq
Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ – Alimlər arasında ÇAXNAŞMA
Amerikalı mütəxəssislər qəhvənin ürək xəstəliklərini və insult riskini nisbətən azaltdığını iddia edir.
Publika.az xəbər verir ki, alimlər qəhvənin istifadəsi zamanı xüsusi aparat vasitəsilə alqoritmləri izləyərək, onun pəhriz və digər müalicə vasitələrindən daha çox faydalı olduğu qərarına gəliblər. Müxtəlif pəhrizlərin ürək-damar sistemi ilə arasındakı əlaqələr müşahidə edilib. Məlum olub ki, həftə ərzində qəbul edilən bir fincan qəhvə infarkt və ürək-damar xəstəlikləri riskini 7%-dək azaldır. Eyni zamanda müxtəlif növ xərçəng xəstəliklərinin, qaraciyər xəstəliklərinin qarşısını alır.
Hərçənd tədqiqatın nəticələri geniş müzakirələrə səbəb olub. Buna səbəb daha əvvəl elmi məqalələrdə insanların gündəlik həyatda qəhvədən istifadə etməsinin (tərkibindəki kofein ürək-damar xəstəliklərinin yaranmasına şərait yaradır) vaxtından əvvəl ölüm riskini artırdığı qeyd edilirdi.
Bunu nəzərə alaraq, alimlər bu məsələnin daha dərindən araşdırılaraq insanlara bu mövzu haqqında maarifləndirici məqalələr təqdim etməyə davam edəcəklərini bildiriblər.
Könül Cəfərli
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO