Sağlamlıq
Beyni 4 gün ərzində pozan qidalar
Yeni araşdırmaya görə, sadəcə yağlı və şəkərli məhsullardan ibarət qidalanma tərzi dörd gün ərzində yaddaşa, ruh halına zərər verə və diqqət pozğunluğu yarada bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma Amerika Nevrologiya Akademiyası tərəfindən aparılıb. 4 gün ərzində yüksək yağlı və şirniyyat yeyən insanlar müayinə edilib. Göstəricilərdə məlum olub ki, yağ və şəkərli qidalar insanın düşünmə qabiliyyətinə və yaddaşına mənfi istiqamətdə təsir edir və koqnitiv pozğunluq yaradır.
Oksford Universitetində aparılan başqa eksperimentdə isə yüksək yağlı pəhrizin beş gün ərzində diqqət və yaddaş funksiyası ilə yanaşı ruh dəyişikliklərə də yol açdığını göstərib.
Köklük və piylənmə bir çox insan üçün yalnız özünə uyğun paltarlar tapmaq uğrunda mübarizə deyil. Həddindən artıq çəki bütün bədənə təsir edən xəstəlikdir. İnfarkt və diabet ehtimalı bu insanlarda olduqca yüksəkdir. Ancaq ekspertlər hesab edir ki, bu, o demək deyil ki, arıq olmaq sağlam deməkdir.
Həm “Circulation”, həm də “Lancet” jurnalında dərc olunan araşdırmada deyilir ki, qeyri-sağlam pəhriz və hərəkətsizlik arıq insanları xərçəng, infarkt və diabet riskindən azad etmir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO