• USD 1,7000 0,00% EUR 1,8842 -0,53%
    • GBP 2,1060 -0,58% RUB 0,0214 -0,47%

Məşhur virusoloqdan koronavirusla bağlı xəbərdarlıq: Hava yolu ilə...

Məşhur virusoloqdan koronavirusla bağlı xəbərdarlıq: Hava yolu ilə...

Koronavirus insanlara yoluxmağa davam edir. Çində başlayan virus artıq İtaliya və Yunanıstanda da yayılıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əvvəllər “Vektor” (burada rus alimləri ölümcül xəstəliklərə qarşı peyvəndlər yaradırlar) mərkəzinin çox təhlükəli viruslar laboratoriyasına rəhbərlik etmiş məşhur virusoloq Aleksandr Çepurnov koronavirus barədə mühüm açıqlamalar verib. O, hesab edir ki, bu, bəlkə də daha dəhşətli bir xəstəliyin ortaya çıxmasından əvvəl meydana gələn bir xəbərdarlıqdır.

Ebola virusuna qarşı antidot üzərində işləyən ekspert Klinik və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisidir. Onun sözlərinə görə, iki həftə ərzində heç bir şey görünməyibsə, o zaman insan karantindən azad edilə bilər. Ancaq bu dövrdə bir şəxs daşıyıcıdırsa, patogenini başqa birinə köçürə bilər. Bu çox xoşagəlməz andır.

“Düşünürəm ki, təxminən on ildən sonra virusa yoluxduğu şübhəli bilinən insanlar üçün bəzi markerlər olacaq. Markerlər və ya çiplər onları daha çox nəzarətə götürməyə xidmət edəcək. Bəşəriyyət var olduqca yumşaq təlimlər keçir. Yumşaq, lakin vacib. Mütəxəssislər son dərəcə ağır bir patogenin ortaya çıxacağını çoxdan gözləyir, amma tamamilə fərqli ölüm hadisəsi olacaq.

Bir çox mütəxəssis qlobal istiləşmənin yeni virusların inkişafına səbəb ola biləcəyini, virusların özlərini daha sürətli və asan mutasiya edəcəyini söyləyir. Çox şiddətli bir patogenin görünə biləcəyi barədə məlumatlar uzun müddətdir ki, yayılıb. HİV kimi ölümcül ola bilər, lakin daha sürətli. Böyük ehtimalla hava yolu ilə yoluxacaq”.

Mütəxəssis bildirib ki, əgər belə bir patogen əmələ gəlsə və bu cür potensial varsa, bəşəriyyəti qorxunc hadisələr gözləyir:

“Koronavirusa vacib xəbərdarlıq kimi baxmalı, nəyə qadir olduğumuzu və nə etməli olduğumuzu görməliyik. Çinlilər nəinki xəstələri izləməkdə, həm də xəstəxanalar qurmaqda böyük əzm və möcüzə göstərdilər... Odur ki, biz də ölkədə ən təhlükəli patogenlərlə işləyə biləcəyimiz bir neçə laboratoriya yaratmalıyıq. “Vektor” mərkəzi elmin inkişafı üçün yaradılan təşkilat deyil. Bu cür qurumlar yaradıb istifadəyə verməliyik. Bütün fəaliyyət texnologiyasını indi işə salmaq lazımdır, yadda saxlayaq ki, istənilən vaxt bəşəriyyət çox kəskin vəziyyətdə ola bilər.

Çiplər riskli ərazilərdən qayıdan insanları izləməyə imkan verəcək. Kütləvi tətbiq sayəsində isə olduqca ucuz olacaq”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR