Sağlamlıq
Koronavirus uşaqlar üçün nə dərəcədə təhlükəlidir? - Alimlər açıqladı
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yeni doğulmuş uşaqların və kişilərin SARS-CoV-2-yə yoluxma və ağır simptomların inkişaf riskinin yüksək olduğu araşdırma təqdim edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi işlərin nəticələri kafedranın saytında dərc olunub. Mütəxəssislər ABŞ-da fevralın 12-dən aprelin 2-dək 18 yaşınadək uşaqlarda 2500 COVID-19 halını araşdırıb. Əldə edilən məlumatlar uşaqların böyüklərə nisbətən xəstəliyə daha az həssas olduğunu təsdiqləyir. Virusa yoluxanların yalnız 1.7 faizi uşaqlar olub, baxmayaraq ki, əhalinin 22 faizini təşkil edirlər. Onların yalnız 73 faizində öskürək, hərarət və ya təngənəfəslik özünü göstərib. 18 yaşdan 64 yaşa qədər olanlarda bu göstərici 93 faizdir.
Lakin bəzi uşaqlarda ağır simptomlar müşahidə olunub, 147-si xəstəxanaya yerləşdirilib, beşi reanimasiyaya göndərilib, üçü isə ölüb. Bununla yanaşı 95 körpənin 62 faizi xəstəxanaya yerləşdirilib. Alimlərin fikrincə, həyatın ilk ilində körpələr uşaqlar və böyüklər kimi sabit immunitet reaksiyasına sahib deyil.
Bundan əlavə, araşdırmalar göstərir ki, kişilər qadınlardan daha çox COVID-19-a yoluxur və vəfat edir. Martın 20-nə olan məlumata görə, Qərbi Avropada koronavirusdan ölənlərin təxminən 70 faizini kişilər təşkil edir.
Aytən Məftun
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi