Koronavirusla mübarizədə Türkiyədən Azərbaycana həkimlər göndəriləcək
Bizi izləyin

Sağlamlıq

Koronavirusla mübarizədə Türkiyədən Azərbaycana həkimlər göndəriləcək

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan Təmsilçiliyi tərəfindən Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə məqsədilə başladılan layihədə Azərbaycanlı Həkimlər Dərnəyi yer alıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanlı Həkimlər Dərnəyinin sosial media hesabında məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində Türkiyədən ölkəmizə göndəriləcək həkimlərin seçimləri artıq tamamlanıb:

“Artıq daxili xəstəliklər, anesteziologiya, ağciyər xəstəlikləri, infeksion xəstəliklər sahələrində uzman olan həkimlərin Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasında xüsusi hazırlıq prosesinə start verilib. Bu mütəxəssislər tezliklə Azərbaycana gedərək profilaktika, infeksiya kontrolu, reanimasiya, müalicə və digər mövzularda pandemiya ilə mübarizə xəstəxanalarında yerli həkimlərimizə dəstək olacaq”.

Məlumat üçün bildirək ki, Azərbaycanlı Həkimlər Dərnəyi Türkiyədə və bütün dünyada tibb sahəsində təhsil alan və ya xidmət göstərən Azərbaycanlı həkim, tələbə, eyni zamanda digər səhiyyə işçilərinin cəmiyyətidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm