Kardioloq koronavirusun ürəyə necə təsir etdiyini açıqladı
Bizi izləyin

Sağlamlıq

Kardioloq koronavirusun ürəyə necə təsir etdiyini açıqladı

Alimlərin fikrincə, koronavirus infeksiyası ürəyin işinə və damar sisteminin fəaliyyətinə təsir göstərir. Virusa yoluxmuş bəzi xəstələrdə miyokardit (ürək əzələsinin iltihabı) başlayır və ürək ritmi pozulur.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Tibbi Tədqiqat Mərkəzinin professoru və ürək cərrahı Yevgeni Mixaylov məlumat verib.

Xroniki koroner ürək xəstəliyi olan koronavirus xəstələrində infeksiya aterosklerotik lövhələrin sabitləşməsinə və yırtılmasına kömək edə bilər ki, bu da infarkta gətirib çıxara bilər. Kardiocərrahın fikrincə, bu cür göstəricilər Çin və Avropadan olan alimlərin tədqiqat məlumatları ilə üst-üstə düşüb.

Bildirilib ki, koronavirus infeksiyası olanlarda tənəffüs çatışmazlığı tromboz və qan laxtalanması ilə nəticələnə bilər. Həkimlər qeyd edib ki, şiddətli COVID-19 olan xəstələrdə tromboz və qan laxtalanma hallarının artması daxili orqanların pozulmasına səbəb olur. Buna görə ürək-damar xəstəliklərinə meylli insanlar daha sərt təcrid qaydalarına riayət etməli və mümkün olduqca evlərini tərk etməməlidirlər.

Məlumat üçün bildirək ki, Alabama Universitetinin həkimi Zhannaa Marrazzo yeni aşkar olunan fəsadın xəstədə qəfil qoxu itkisinə səbəb ola biləcəyini vurğulayıb. Həkimin sözlərinə görə, trombozu koronavirus infeksiyası ilə birlikdə müalicə etmək cəhdləri yalnız xəstəyə zərər verə bilər, çünki qan laxtasını parçalayan yüksək səviyyədə plazmin fermenti olan şəxslər virusu çətin keçirir. Alimlərin fikrincə, plazmin infeksiya hissəciklərinin bədənin hüceyrələrinə, o cümlədən ağciyər hüceyrələrinə asanlıqla daxil olmasına kömək edir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm