Sağlamlıq
Tez-tez turşu yeyənlər MÜTLƏQ OXUSUN: Yeməkdən əvvəl... - VİDEO
Video əlavə olunub.
xxx
Demək olar ki, turşunu əksər insan xoşlayır və müntəzəm istifadə edir. Ancaq bəziləri aşırı dərəcədə turşu qəbul edir ki, bu da orqanizm üçün həddindən artıq ziyanlıdır.
Publika.az turşların ziyanları barədə məlumatı təqdim edir:
1. Turşulara çoxlu miqdarda duz əlavə olunur. Duzun tərkibinə natrium daxildir. Az miqdarda bu maddə orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Lakin çoxlu miqdarda qəbul olunduqda natrium orqanizmdə mayeni saxlayır və bu da orqanizmdə dövr edən qanın miqdarını artırır. Nəticədə ürək-damar sistemi çox gərgin rejimdə işləyir, ödemlər əmələ gəlir, arterial təzyiq qalxır.
2. Turşulara çoxlu miqdarda duz, müxtəlif ədviyyatlar və sirkə daxildir. Bu 3 inqrediyentin qidalanmada çox olması mədə-bağırsaq sisteminə olduqca mənfi təsir edir - selikli qişaları zədələyir, iltihab yaradır, xoraların əmələ gəlməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, xora vaxt keçdikcə xərçəngə çevrilə bilər.
3. Turşular iştahanı artırır və insan daha çox qida qəbul edir. Bu isə artıq çəkinin yığılmasına səbəb olur.
4. Duzun artıqlığı qaraciyər üçün çox təhlükəlidir. Bu qaraciyərdə fibroz proseslərinin (çapıqların əmələ gəlməsi) inkişafına səbəb olur. Qaraciyərin fibrozu vaxt keçdikcə sirroza gətirib çıxardır.
Video: Sevinc Xanqızı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR