Sağlamlıq
Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi
İsveçrənin Bern Universitetinin bir qrup alimi qocalmanın əsas səbəbini müəyyənləşdirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər hansı hüceyrələrin patoloji prosesdə əhəmiyyətli rol oynadığını aşkar edib. Tədqiqatın nəticələrinə görə, qarın boşluğunda yerləşən viseral yağlar yüngül xroniki iltihaba səbəb olur. Bu müddətdə yaşla əlaqəli xəstəliklərin inkişafı və immunitetin zəifləməsi sürətlənir, bu da yaşlanmaya səbəb olur.
Eyni zamanda, elm adamları patoloji prosesdə əsas rolun xüsusi immun hüceyrələri - eozinofil leykositlərin oynadığını aydınlaşdırıb. Bir qayda olaraq, qan dövranı sistemində iştirak edirlər, lakin mütəxəssislər onları insanlarda və siçanlarda viseral yağ toxumalarında tapıb. Bu hüceyrələr bədənin çoxhüceyrəli parazitlərdən qorunmasını təmin edir, həmçinin eozinofil leykositlər tənəffüs orqanları allergiyasının inkişafına imkan yaradır.
Qeyd edək ki, Almaniyanın Saarland Universitetinin alimləri də qocalmaya səbəb olan əsas mexanizmlərdən birini açıqlamışdı. Tədqiqatçılar kortizol hormonunun və özünəməxsus GILZ zülalının aşağı səviyyədə olması səbəbindən bədəndə xroniki iltihabın inkişaf etdiyini, əsas yaşlanma prosesi kimi qiymətləndirib.
Aytən Məftun
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO