Koronavirus bu tarixdə bitəcək - Akademik açıqladı
Bizi izləyin

Sağlamlıq

Koronavirus bu tarixdə bitəcək - Akademik açıqladı

Koronavirus infeksiyası 2021-ci ilin yayından dərhal sonra yox olacaq.

Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin İmmunologiya və Molekulyar Mərkəzinin rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Paltsev açıqlama verib. Professor müsahibəsində qeyd edib ki, koronavirus pandemiyasının üç dalğada baş verməsi ehtimal olunur:

“Bu yay koronavirusun tədricən azaldığını nəzərə alsaq, payızda yenidən böyüyəcəyinə, yazda və yayda davam edəcəyinə dair əsaslarımız var. Gələn ilin yayına qədər adi həyat tərzimizə qayıda biləcəyik, ondan sonra epidemiya artıq yoxa çıxacaq”, - M. Paltsev izah edib.

O, bütün virus epidemiyalarının ümumiyyətlə üç dalğada baş verdiyini söyləyib. Onlardan birincisi ən güclü və nəzərəçarpan, üçüncüsü isə yoluxmuş bölgə sakinlərində immunitetin formalaşması səbəbindən daha zəif olur. Bəşər tarixində ən geniş yayılmış İspan qripi pandemiyası bu şəkildə davam edib. Alimlər hesab edir ki, əhalinin 60%-dən çoxu xəstə olduqda kütləvi immunitet qazanılır, 95%-i xəstə olduqda isə infeksiya yoxa çıxır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm