Alimlər COVID-19-un beyinə nüfuzetmə qabiliyyətini təsdiqlədi
Bizi izləyin

Sağlamlıq

Alimlər COVID-19-un beyinə nüfuzetmə qabiliyyətini təsdiqlədi

Hamburq-Eppendorf Universiteti Xəstəxanasının alimləri ölmüş xəstələrin beynində koronavirus izləri tapıb.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Lancet” jurnalı tərəfindən yayımlanıb.

Yarılma nəticələrinə görə, mütəxəssislər 51-94 yaş qrupuna daxil insanların 53 faizində beyin zədələnmələrinin olduğunu aşkar edib. Virus mərkəzi sinir sistemini tərk edən neyronlarda da müşahidə edilib. Xəstələrin 86 faizinə astroqlioz - sinir toxumasının dəstəkləyici hüceyrələrində anormal artım diaqnozu qoyulub.

Buna baxmayaraq, elm adamları dəyişikliklərin cüzi olduğunu qeyd ediblər. COVID-19-un mərkəzi sinir sisteminə ciddi təsiri sübut olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm