Rusiyanın "canlı" peyvəndi ilə bağlı AÇIQLAMA: on illər ərzində...
Bizi izləyin

Sağlamlıq

Rusiyanın "canlı" peyvəndi ilə bağlı AÇIQLAMA: on illər ərzində...

Rusiya Elmlər Akademiyasına bağlı Çumakov Federal İmmunobioloji Dərmanlar Tədqiqat və İnkişaf Mərkəzinin hazırladığı COVID-19 peyvəndinin davam edən kliniki sınaqları uğurlu keçir.

Publika.az xəbər verir ki, bu barədə mərkəzin baş katibi Aydar İşuməhəmmədov bildirib.

“Peyvəndimizin Novosibirsk şəhərində keçirilən testləri 3 gündür davam edir. İştirakçılarda inyeksiya bölgəsində ağrıdan başqa hər hansı yan təsir müşahidə edilmir”, - baş katib qeyd edib.

Qeyd edək ki, Çumakov Mərkəzinin peyvəndində yoluxucu xüsusiyyətini itirəcək formada işlənən, lakin eyni zamanda, immun sistemi reaksiyasını yaratmaq qabiliyyətini qoruyan SARS-CoV-2 virusundan istifadə olunub.

Virusoloqların fikrincə, virusun istifadə edildiyi peyvəndin on illər boyunca immun sistemi yaratması mümkündür.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm