Sağlamlıq
Yaxın 10 ildə bizi nə gözləyir? - Alimlər AÇIQLADI
Koronavirusun məlum dörd mutasiyasına dair məlumatların təhlilinə əsasən amerikalı alimlər COVID-19-un yaxın on ildə necə inkişaf edəcəyini hesablayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu müddətdə SARS-CoV-2-nin endemik olacağı (müəyyən bölgələr üçün xarakterik olacağı) bildirilib. Uşaqlıqda yüngül xəstəlikdən qazanılmış immunitet isə ömür boyu qalacaq, suçiçəyində olduğu kimi. Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.
Tədqiqatçılar qeyd edib ki, SARS-CoV-2 endemik olduqda ilk infeksiya üç-beş yaş arasında baş verəcək, xəstəlik isə yüngül əlamətlərlə davam edəcək. Gələcəkdə yaşlı insanlar da xəstəliyi yüngül keçirəcək, çünki uşaqlıqda meydana gələn antikorlar onları immunitet qoruması ilə təmin edəcək.
Alimlər peyvəndi müəyyən yaş qrupları üçün daha uzun müddət saxlayaraq onun mərhələli şəkildə ləğv edilməli olduğuna inanırlar. Vaksinasiyanın uşaqlara və ya yaşlılara edilməli olub-olmadığını isə xəstəliyin inkişaf dinamikasının təhlilinə əsasən söyləmək mümkün olacaq.
Aytən Məftun
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO