Sağlamlıq
Parlaq dəri üçün qida resepti
Yağlı qidalar dərinin parlaqlığına təsir göstərir. Həmin qidaların tərkibində kalori, yağ və karbohidrat olduğuna görə hüceyrə və məsamələrə toksinlər yığır. Bu baxımdan qüsursuz və cazibədar dəri üçün yağlı qidalar məsləhət deyil. Dərinizin parlaq olmasını istəyirsinzsə, alma və kök şirəsindən, pomidor suyundan tez-tez istifadə edin. Buraya istəyə uyğun meyvə və tərəvəz də əlavə edə bilərsiniz.
Mövsümə uyğun təzə meyvə və tərəvəzlərdən istifadə dərinin parlaq görünməsinə təsir göstərir. Dəriyə daha gözəl görünüş qazandırır. Bu qəbildən olan qidalarda orqanizm üçün lazımlı vitamin kompleksi olur. Parlaq dərinin sirri almada gizlənib. Belə ki, parlaq dəri üçün çoxlu alma yemək də məsləhətdir. Bu meyvədə eyni zamanda A vitamini olduğundan dəridəki qoruyucu toxumaları gücləndirir və sızanaqların meydana gəlməməsinə təsir göstərir. İnsan sağlamlığna və dəriyə faydalı olan bütün meyvələrdən lazımi miqdarda istifadə etmək olar.
Kök (E, A vitamini) maddələr mübadiləsi zamanı ortaya çıxan sərbəst radikalları yox edərək dəri sağlamlığını qoruyur və cavanlaşdırır. Dərinin parlaqlıq qazanmasına kömək edir. Yara iltihablarının sağalmasına kömək edən kök suyu qanı da təmizləyir. Bədəndəki sidik turşusu, bənzər maddələri sidiklə xaricə atır. Revmatiz, böyrəkdə qum və daşa qarşı da faydaları vardır. Kök bol A vitamini ilə orqanizmdəki bütün hüceyrələrin fəaliyyətini və yenilənməsini təmin edir, dəriyə təmizlik və çəhrayılıq da gətirir. Kök yaşlanmağı gecikdirir.
Xiyarın tərkibində olan maddələr isə dərinin daha yumşaq olmasına təsir edir. Düzgün qidalanma həm sağlamlıq, həm də gözəllik üçün faydalıdır. Qidalanma vərdişlərində vacib prosedurlardan əlavə spirt və kofein istifadəsini azaltmaq lazımdır. Çünki spirt istifadəsi dəri hüceyrələrini öldürür. Dərinin gözəlliyinə mənfi təsir göstərir. Qırışların formalaşmasına səbəb olur və insanın olduğundan yaşlı görünməsinə imkan yaradır. Bu baxımdan kofein və ya spirtdən istifadə düzgün deyil.(tabloid.az)
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı