Meymunçiçəyinin ilkin əlamətləri
Bizi izləyin

Sağlamlıq

Meymunçiçəyinin ilkin əlamətləri

İmmunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkovun sözlərinə görə, meymun xəstəliyindən şübhələnənlər tibb müəssisələrinə daxil ola və ya xəstəliyi özləri müəyyən edə bilərlər.

Publika.az xəbər verir ki, həkim "Sputnik" radiosuna verdiyi müsahibədə meymunçiçəyinin ilkin əlamətlərini açıqlayıb.

“Onlardan birincisi, qrip kimi, yüksək hərarət və çox ağır nasazlıqdır. İkincisi, bir neçə mərhələdən, o cümlədən veziküllər mərhələsindən keçən xarakterik səpgi olmalıdır. Üçüncüsü, limfa düyünləri şişir. Adətən temperaturun göründüyü andan xəstəliyin tam başa çatması üç həftəyə qədər çəkir”, - Kryuçkov bildirib.

Həkim xəbərdarlıq edib ki, bu əlamətlər aşkar olunsa, müəyyən ehtiyat tədbirlərinə əməl edilməlidir - özünüzü təcrid edin və yaşayış yeri üzrə klinikaya müraciət edin. Mütəxəssis xatırladıb ki, başqalarını yoluxdurmamaq üçün ictimai nəqliyyatdan istifadə etmək lazım deyil. Ekspert izah edib ki, həkimlər birbaşa evə gəlib analizlər götürə bilərlər.

“İndi bu və ya digər xəstəliyi müəyyən etmək o qədər də çətin deyil. Əgər meymunçiçəyi diaqnozu təsdiqlənərsə, o zaman sizin üçün karantin təyin olunacaq. Əgər bu xəstəlik aşkar olunmazsa, o halda başqa xəstəlikdən müalicə olunacaqsınız”, - həkim qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm