Sağlamlıq
Sümük əriməsinin qarşısını almaq üçün bunları yeyin!
Kalsium həm uşaqlar, həm hamilə qadınlar, həm də qocalar üçün lazımlıdır. Bədənin kalsium ehtiyacı hər gün ödənilməlidir. Əks təqdirdə dişlər və sümüklər başda olmaqla bir çox orqanlarda problemlər baş qaldıracaq.
Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, diş problemləri və sümük əriməsinin ən böyük səbəbi kalsium çatışmazlığıdır. Bu halların qarşısını almaq üçün tərkibində bol miqdarda kalsium olan qidalardan istifadə etmək lazımdır.
Bəzi insanlar elə bilirlər ki, kalsium ancaq süd və süd məhsullarında var. Hər gün süd içib, qatıq yeməkdən bezmisinizsə, sizə tam fərqli kalsium qaynaqları məsləhət görə bilərik.
Doşab
Tutdan hazırlanan bu məhsul bir çox xəstəliyə qarşı qoruyur. Xüsusilə də uşaqların gündəlik qida rasionunda doşab mütləq yer almalıdır.
1 qaşıq doşab gündəlik kalsium ehtiyacının 10 faizini ödəyir.
Portağal
Bu meyvə daha çox C vitamini baxımından zəngin hesab edilir. Ancaq portağal həm də kalsium anbarıdır. 1 kasa dilimlənmiş portağal gündəlik kalsium ehtiyacını ödəməyə qadirdir.
Əncir qurusu
Ölkəmizdə kişmiş və qayısı məşhur olsa da, qurudulmuş əncirdən çox istifadə etmirik. Ancaq bu qida mütləq mətbəximizə daxil olmalıdır. Bir ovuc əncir qurusu kalsium ehtiyacının 24 faizini qarşılaya bilir.
Badam
Badam yaxşı yağlar, zülal və kalsium baxımından olduqca zəngindir.
10 ədəd badam gündəlik kalsium ehtiyacının 7 faizini ödəyə bilir.
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu
-
Hadisə09:50
Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın əzildi - Video
-
Sosial09:14
Keçmiş daxili işlər naziri saxlanıldı
-
Sosial08:37
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa...” - VİDEO
-
Nəqliyyat08:30
Bakıda sıxlıq olan yollar - SİYAHI