Duzdan tam imtina etmək olmaz
Bizi izləyin

Sağlamlıq

Duzdan tam imtina etmək olmaz

Duz çoxluğu orqanizmimizdə müxtəlif xəstəliklərə yol açır. Lakin bu, duzdan tamamilə imtina etmək anlamına gəlməməlidir.

Çünki insan bədənindəki hər bir hüceyrənin həyatı kalsium, natrium və kalium ionları ilə təmin edilir. Duzu rasionunuzdan tamamilə çıxarsanız, bədənin daxili ehtiyatları 10-12 gün davam edəcək.

Publika.az medicine.az-a istinadən xəbər verir ki, həkim Aleksandra Çistyakovanın sözlərinə görə, qida duzu ilə bədən natrium və xlor alır, bu da mədədə xlorid turşusu yaratmaq üçün lazımdır.

“Duzun gündəlik norması iki – üç qramdır. Nəzərə almaq lazımdır ki, biz duzu qidaların təbii tərkibindən 10 qram həcmində qəbul edirik. Bu da ümumilikdə, günlük normada 12 – 13 qram edəcək.

Araşdırmalar zamanı ürək çatışmazlığı diaqnozu qoyulmuş və gündə iki yarım qramdan az duz qəbul edən 3500 xəstədə vaxtından əvvəl ölüm riskinin 80 faiz artdığını göstərib.

Qanda aşağı natrium (hiponatremiya) səbəbi ilə diyaretiklər, maye qəbulu, böyrək çatışmazlığı, sirroz baş verə bilər.

Natrium çatışmazlığı yalnız qidanın az istehlakı ilə deyil, həm də aktiv tərləmə ilə baş verə bilər. Bu, baş ağrısı və başgicəllənmə, əzələ zəifliyi, konvulsiyalar və qan təzyiqinin azalmasına səbəb olur. Ona görə də duzu tam çıxarmaq təhlükəlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm