Sağlamlıq
COVID və kəskin respirator virus infeksiyalarından qoruyan vitaminlər
Virus infeksiyalarının sayı artır, qrip dalğası yaxınlaşır və koronavirusa yoluxma halları artır. Həkimlər peyvənd olunmağı və profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edirlər. Effektivliyi sübut edilmiş üç vitamin var ki, onlar viruslarla mübarizə aparmağa kömək edirlər.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Marina Şestakova bildirib.
Əgər tez-tez ictimai yerlərdə olursunuzsa, özünüzü viruslardan tamamilə qorumaq çətindir, lakin ekspertlərin məsləhətlərinə əməl etsəniz, xəstəliyi yüngül keçirə bilərsiniz. Həkim vitaminləri unutmamağı məsləhət görür. Onlardan üçünün daha təsirli olduğu təsdiq edilib və kəskin respirator virus infeksiyaları mövsümündə xəstələnməməyə kömək edir.
“Virus infeksiyalarının artması zamanı bizi və uşaqlarımızı qoruyacaq vitaminlər var. Onların effektivliyi sübut olunub. Onlar özlərini daha əvvəlki epidemiyalar zamanı çox yaxşı göstəriblər”, - deyə Marina Şestakova bildirib.
Birinci yerdə D vitaminidir. Əslində, testdən keçmək və bu vitaminin səviyyəsini öyrənmək daha düzgündür. Onun səviyyəsi qanda 60-dan aşağı olmamalıdır. Profilaktik məqsədlər üçün D vitamini həkim tərəfindən təyin edildiyi qaydada qəbul etmək daha yaxşıdır.
İkinci yerdə sinkdir. Bu, qidada çox az olan, lakin immunitetimizə kömək edən çox vacib mineraldır. Sink 1-2 ay ərzində yemək zamanı qəbul edilməlidir, onu dozası da mütəxəssis tərəfindən təyin edilməlidir.
Üçüncü yerdə isə virusların bədənimizdə aktivləşməsinin qarşısını almaq üçün hər gün bizə lazım olan əsas antioksidant - C vitaminidir. Onun dozası ilə diqqətli olmalısınız, çünki bu vitaminin həddindən artıq qəbulu da insan orqanizmi üçün zərər verə bilər.
-
Qoroskop00:40
Günün qoroskopu: dəyərli əşyanın itirilməsi riski var
-
Elm və təhsil13 Sentyabr 23:37
Sumqayıtda məktəbi bit-birə basıb? - AÇIQLAMA/YENİLƏNDİ
-
Sosial13 Sentyabr 23:23
Körpəyə siqaret verib şəklini paylaşdılar - Hansı cəza veriləcək?
-
Magazin113 Sentyabr 22:42
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
-
Kriminal13 Sentyabr 21:41
Bakıda film kimi adam oğurluğu: aeroportdan qaçırıblar
-
Magazin113 Sentyabr 21:05
Azərbaycanlı aktrisaya əri maşın hədiyyə etdi - VİDEO
-
Sağlamlıq13 Sentyabr 20:45
Meymunçiçəyi virusuna qarşı ilk peyvəndi ÜST təsdiqlədi
-
Magazin213 Sentyabr 20:35
“Mənim də atam səfir olsaydı, “Dünya gözəli“ seçilərdim“ - Müğənnidən İdilə ATMACA